Xəbər verdiyimiz kimi, mayın 12-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhərində müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb və intensiv ibtidai istintaq tədbirləri aparılır.
Məlumata görə, hadisənin bütün hallarının araşdırılması üçün zəruri ekspertizalar təyin edilib.
Sosial şəbəkələrdə Elgünə aid olduğu bildirilən görüntülər yayılıb. Görüntülərdə onun həmin gecə marketə daxil olduğu, alış-veriş etdikdən sonra obyekti tərk etdiyi öz əksini tapıb.
Həmin videonu təqdim edirik: