Əminə finala vəsiqə qazandı – Video

Fidan Məmmədli
1 Min Read

Xalq artisti, “Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov qızı Əminənin uğurunu paylaşıb.

Məlumata görə, E. Ağalarov instaqram hesabında İtaliyanın Peruca şəhərində kung fu üzrə dünya çempionatında çıxış edən Əminənin görüntülərini bölüşüb.

“Qürurum, Əminəm! Bu gün həqiqətən sizinlə bir sevinci bölüşmək istədim. Bütün uşaqlara qələbələr, özlərinə inam və sevdikləri işlə məşğul olmaqdan həzz arzulayıram”, – o paylaşımda yazıb.

Qeyd edək ki, Əminə Əliyeva çempionatda light sanda döyüşü üzrə finala vəsiqə qazanıb.

Mənbə

    Share This Article
    Şərh edilməmiş