Ərdoğandan yeni Konstitusiya mesajı

Fidan Məmmədli
1 Min Read

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib.

O bu barədə 19 May – Atatürkü Anma, Gənclik və İdman bayramı münasibətilə keçirilən tədbirdə danışıb.

“Yeni Konstitusiyanın hazırlanması istiqamətində işlərini davam etdirilir. Bunu təxirə salmaq mümkün deyil. 20 il əvvəl hazırlanmış Konstitusiya ilə daha davam edə bilmərik”, – deyə Türkiyə lideri bildirib.

Qeyd edək ki, Türkiyədə 1980-ci ildə baş vermiş hərbi çevrilişdən sonra 1982-ci ildə yeni Konstitusiya qəbul edilib və o, ciddi dəyişikliklərə məruz qalsa da, hələ də qüvvədədir.

Mənbə

    Share This Article
    Şərh edilməmiş