Əsas məqsəd Suriyanın terrorçuluğu maliyyələşdirməyən dövlət olduğunu elan etməkdir

1 Min Read

“Donald Trampın əsas məqsədi Suriyanın hazırkı hakimiyyətinə səlahiyyət vermək, eləcə də Suriyanın terrorçuluğu maliyyələşdirməyən dövlət olduğunu tez bir zamanda elan etməkdir”

Bunu ABŞ-nin Suriya məsələsi üzrə xüsusi nümayəndəsi Tomas Barrak bildirib.

ABŞ səfirinin Dəməşqdəki iqamətgahında çıxış edən Tomas Barrak əlavə edib ki, Ağ Ev rəhbərinin əsas məqsədi hər hansı müdaxilə etmədən yeni hökumətə şans verməkdən ibarətdir.

Tomas Barrak Konqresin bu istiqamətdəki addımları dəstəklədiyini də sözlərinə əlavə edib.

Diplomat Suriyada İŞİD ilə mübarizə məsələsinə də toxunub. Onun sözlərinə görə, Donald Tramp bu ekstremist qruplaşmanın kökünü tamamilə kəsmək istəyir:

“ABŞ hərbçiləri İŞİD ilə mübarizədə üzərinə düşən missiyanı 99 faiz yerinə yetirib” – o qeyd edib.

Mənbə

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version