Ezginin evini “bomj”lar ələ keçirdi

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

Məşhur türkiyəli aktrisa Ezgi Molanın İspaniyanın Barselona şəhərində aldığı evi “bomj”lar tərəfindən zəbt edilib.

Məlumata görə, Ezgi Mola 2023-cü ildə Barselonanın sıx yaşayış bölgələrindən biri olan El Bornda ev alıb.

Ezginin vaxtaşırı evinə nəzarət edən Barselonadakı rəfiqəsi sonuncu dəfə ora gedəndə evdə birinin yaşadığını görüb.

Məlum olub ki, “bomj”lar aktrisanın evinin bir müddətdir boş qalmasından istifadə edərək zəbt edib.

Molanın İspaniyadakı evinin satış qiyməti açıqlanmasa da, bölgədəki mənzil qiymətlərinin 700 min avrodan (1 milyon 350 min manat) başladığı bildirilir.


Mənbə

Share This Article
Follow:
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version