Vatikandakı yeni Roma Papasının adı açıqlanıb.
Məlumata görə, katoliklərin yeni Papası 69 yaşlı ABŞ-li kardinal Robert Prevo olub.
Vatikanın məlumatına görə, yeni Papa XIV Leo adını qəbul edib.
Yeni Roma Papası Roma-Katolik Kilsəsinin 267-ci rəhbəridir və ABŞ-də (Çikaqoda) doğulmuş ilk Papadır. Prevo Müqəddəs Avqustin ordeninin üzvüdür.
İki onillik ərzində o, Peruda xidmət edib, burada yepiskop və naturalizasiya olunmuş vətəndaş olub. Əvvəlki papanın ölümünə qədər Prevo Vatikanda ən nüfuzlu vəzifələrdən birini tutaraq, dünya üzrə yepiskopları seçən və idarə edən şöbəyə rəhbərlik edib.
Vatikanda yeni Roma Papası seçilib.
Məlumatda deyilir ki, Sikstin kapellasının bacasında ağ tüstü çıxır.
Bildirilir ki, pontifikin adı daha sonra açıqlanacaq.
Sikstin kapellasında Roma Papasını seçən 133 kardinalın konklav üçün tam təcrid olunmuş şəkildə toplaşdığı səsvermənin ikinci turu keçirilib.
Məlumatda deyilir ki, səhər saatlarında keçirilən iki səsvermədən sonra kilsənin sobasından qara tüstü çıxmağa başlayıb ki, bu da namizədlərdən heç birinin lazımi səslərin üçdəikisini toplamadığını göstərir.
Kardinalların ilk səsverməsi bir gün əvvəl baş tutub.
Roma hakimiyyətinin məlumatına görə, ilk axşam 50 minə qədər insan borunun aydın göründüyü Müqəddəs Pyotr meydanına toplaşıb. İlk səsvermə uğurlu olmayıb. Hazırkı konklav indiyə qədər keçirilən ən böyük iclasdır və kvorum görünməmiş dərəcədə yüksəkdir – 89 səs.
Günün sonuna qədər daha iki səsvermə olacaq. Tüstü gündə iki dəfə – iki səsvermə başa çatdıqdan sonra buraxılacaq. Konklavın Roma Katolik Kilsəsinin yeni rəhbərini seçdiyini bildirən ağ tüstü hər səsvermədən sonra görünə bilər. Bülletenlər sobada yandırılır və tüstünün rənglənməsi üçün kimyəvi qarışıqdan istifadə edilir.