“Fənərbaxça” futbolçuları arasında gərginlik – Video

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

Türkiyə Superliqasında 35-ci turun növbəti oyunu keçirilib.

Məlumata görə, “Başakşəhər” doğma meydanda “Fənərbaxça” ilə qarşılaşıb.

Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Sarı lacivərdlilər”in qollarını Mert Müldür, Milan Şkrinyar, Yusuf En-Nesiri və Oğuz Aydın vurublar.

“Başakşəhər”də isə Ömər Beyaz fərqlənib.

Bu nəticədən sonra xallarını 78-ə çatdıran “Fənərbaxça” ikinci pillədə qərarlaşıb. Meydan sahibləri isə 51 xalla beşinci yerdədir.

Bundan başqa qarşılaşmanın ilk yarısında “Fənərbaxça”nın oyunçuları Talişka və Tadiç arasında gərginlik baş verib.

Belə ki, Tadiçdən istədiyi ötürməni ala bilməyən Talişka serb futbolçuya əl jesti edib. Tadiç bu reaksiyadan əsəbiləşərək onun üstünə gedib.

Qalmaqalın böyüməməsi üçün komanda yoldaşları onlara müdaxilə edib.

Görüntüləri təqdim edirik:

Mənbə

Share This Article
Follow:
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version