“Mətbuata daxil olan məlumata görə, 247press-in Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti ilə əldə etdiyi məlumatlara görə, Xızı rayonunda hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə nümunəvi mülki müdafiə məşqi keçirilib.
Məşq, “Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusunu əhatə edib. Tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin aidiyyəti struktur bölmələri, Xızı Rayon İcra Hakimiyyətinin Mülki Müdafiə Qərargahı, Fövqəladə Hallar Komissiyası və ərazi mülki müdafiə qüvvələrinin 87 nəfər şəxsi heyəti ilə birlikdə 13 ədəd texnika cəlb edilib.
Məşqin keçirilməsi ilə məqsəd, ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiya vermə hazırlığını yoxlamaq, böhran durumu zamanı birgə fəaliyyətlərin uzlaşdırılmasını təmin etmək, komandir-rəis heyətinin idarəetmə bilik və bacarıqlarını artırmaq, habelə şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.
Tədbir çərçivəsində, hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmə üzrə fəaliyyətlər yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib. Məşqdən sonra əldə edilmiş nəticələr müzakirə edilib və müvafiq tapşırıqlar verilib.”
Mənbə
Leave feedback about this