“Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün yeni tribunalar salınır

1 Min Read

“Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün yeni tribunalar salınır.

Bu barədə Bakı Şəhər Halqasının mətbuat xidməti məlumat yayıb.

Bu il Bakı Şəhər Halqası ətrafında iki əlavə tribunanın quraşdırılması nəzərdə tutulub. Artıq tribunaların quraşdırılmasına başlanılıb. Həm yerli, həm də xarici azarkeşlər tərəfindən Azərbaycan Qran-prisinə artan marağı nəzərə alaraq, infrastrukturun genişlənməsi nəticəsində tribunaların tutumu daha 1500 yer artırılaraq 20 mini keçəcək.

Hazırlıq işləri ilə əlaqədar Dənizkənarı Bulvarın bəzi hissələrində müvəqqəti məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulur. Paytaxt sakinlərindən və qonaqlardan bu müddət ərzində anlayış göstərmələri xahiş olunur.

Qeyd edək ki, 2024-cü ildə keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisini dörd gün ərzində tribunalardan canlı olaraq 76 mindən çox azarkeş izləyib. Bakı mərhələsi bu il sentyabrın 19-21-də baş tutacaq.

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version