“247press” “Qafqazinfo”ya istinadən bildirilib ki, Ağdamda təşkil olunan toy mərasimində bəy qız evinə traktor karvanı ilə getmişdir.
Məlumata görə, rayonun Qaradağlı kəndində keçirilən bu toyda bəy Məhərrəm Əliyevin dostları traktorlarını bəzəyərək toy karvanına qoşulublar. Onlar bəyi qız evindən toyun keçirildiyi məkana qədər müşayiət ediblər.
Toy karvanı görənlərin diqqətini cəlb edib. Qeyd edək ki, yol polisi mütəmadi olaraq toy karvanlarında qaydaları pozan sürücülərə xəbərdarlıq edir. Ağdamdakı toy karvanında qaydaların pozulub-pozulmaması ilə bağlı isə məlumat yoxdur.