Aprel 28, 2025
Mətbuat pr 32, Bakı
Digər

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür

“247press-in əldə etdiyi məlumata görə, bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasından 102 il ötür. Zərifə Əliyeva 1923-cü ilin 28 aprel tarixində Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açıb.

Akademik Zərifə Əliyevanın tədqiqatları və əldə etdiyi uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi yer tutur. O, Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra təhsilini Moskvada, Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildən başlayaraq tibbin oftalmologiya sahəsinə həsr etmişdir.

1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, xüsusilə traxoma, geniş yayılmışdı. Zərifə Əliyeva bu problemin araşdırılmasına önəm verərək, müalicə metodlarının inkişafına yönəlib. 1959-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, onun təklif etdiyi müalicə metodu respublikada istifadə olunmuşdur.

Zərifə Əliyeva, eləcə də diaqnostika və qlaukomanın müalicəsi sahələrində mühüm araşdırmalar aparmışdır. O, peşə oftalmologiyası üzrə ilk tədqiqatçı kimi də tanınır. Görmə orqanının peşə patologiyası ilə bağlı ilk elmi-tədqiqat laboratoriyasını yaradaraq, 1977-ci ildə tibb elmləri doktoru dərəcəsinə sahib olmuşdur.

1980-ci ildən “Əməkdar elm xadimi” olaraq tanınan akademik, 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının M. İ. Averbax adına mükafatını qazanmışdır. Zərifə Əliyeva 1983-cü ildən Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü olub, iridodiaqnostika və iridoterapiya sahələrində də mühüm işlər görmüşdür.

O, 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat etmişdir. Onun cənazəsi daha sonra Bakıya gətirilmiş və orada Fəxri Xiyabanda dəfn olunmuşdur.”

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video