Gürcüstanın Müdafiə Nazirliyi “NATO-Gürcüstan Təlimi 2025″i Krtsanisidəki Birgə Təlim və Qiymətləndirmə Mərkəzində rəsmi olaraq açıb. Açılış mərasimində iştirak edən Gürcüstan müdafiə nazirinin müavini Giorgi Liluaşvili və digər yüksək rütbəli komandirlər təlimlərin regional təhlükəsizliyə və NATO-Gürcüstan tərəfdaşlığına əhəmiyyətini vurğulayıblar.
Bu təlim, NATO tərəfindən hazırlanan ssenariyə əsaslanır və 17 ölkə, o cümlədən Azərbaycan iştirak edir. Təlimlər briqada səviyyəsində keçirilir, çoxmillətli qüvvələrin böhran əməliyyatları üzrə hazırlığını artırmaq məqsədini güdür. Həmçinin, NATO-Gürcüstan Əsas Paketi çərçivəsində bir sıra sahələrdə əməkdaşlığı dəstəkləyir.
Mənbə
Leave feedback about this