Hacıqabulda bıçaqlanma hadisəsi baş verib. Hadisə Qızılburun kəndində qeydə alınıb.
Kənd sakini, 1992-ci il təvəllüdlü Hacıyev Bəxtiyar Hacıbala oğlu qarın boşluğunun kəsilmiş deşilmiş yarası ilə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb. Onun kim tərəfindən bıçaqlandığı məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Mənbə