Sumqayıtda 38 yaşlı Rəmziyyə İmanova, 1988-ci il təvəllüdlü ərini bıçaqlayıb. Hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib. Yaralı kişi, döş qəfəsində kəsilmiş-deşilmiş yarası ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına aparılıb. Ona zəruri tibbi yardım göstərilib. İmanova, ailə münaqişəsi səbəbindən bu hərəkəti edib. Faktla bağlı araşdırma aparılır.
Mənbə
Sumqayıtda ərini bıçaqlayan qadın saxlanılıb – YENİLƏNİB
