Abşeronda 1 aylıq körpə ölüb.
Saray qəsəbəsində yaşayan 24.03.2025-ci il təvəllüdlü İnci Quliyeva evində ölü şəkildə tapılıb. Onun tənəffüs çatışmazlığından vafat etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən deyilənə görə, Abşeron rayonunun Saray qəsəbəsi ərazisindən 25 aprel saat 17:30 radələrində yenidoğulmuşun boğulması səbəbilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Həkiməqədər ölüm faktı 24.03.2025-ci il tarixli yenidoğulmuş (cinsi qız) üçün qeydə alınıb. Ailənin bildirdiyinə görə, yenidoğulmuş çimizdirilərkən boğulub.