“247press”-in “APA”-ya istinadən əldə etdiyi məlumata görə, Yəməndəki husilər 6 həftə ərzində ABŞ-ın 7 ədəd “MQ-9 Reaper” PUA-sını vurublar. Adı açıqlanmayan ABŞ rəsmiləri, vurulan PUA-ların toplam dəyərinin 200 milyon dolları keçdiyini bildiriblər.
Dünən Pentaqon rəsmilərinin paylaşdığı məlumata əsasən, husilərin PUA-lara qarşı hücum imkanlarında ciddi irəliləyiş qeydə alınıb. “General Atomics” tərəfindən istehsal edilən “MQ-9 Reaper” PUA-ları təxminən 30 milyon dollar dəyərindədir və 40 min futa (təxminən 12.100 metr) qədər yüksəklikdə uça bilir.
Mənbə