247Press – Azərbaycan Xəbər Portalı Blog Digər Lənkəranda yol qəzası olub, ər-arvad xəsarət alıb
Digər

Lənkəranda yol qəzası olub, ər-arvad xəsarət alıb

Lənkəranda yol qəzası baş verib. 247press-in məlumatına görə, hadisə yeni Ələt-Astara magistralının 166-cı km-də, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. “Fiat Doblo” markalı minik avtomobili, 1997-ci il təvəllüdlü Xəyyam Balayevin idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “Fiat Doblo”da olan Astara rayonunun Maşxan kənd sakinləri – 1980-ci il təvəllüdlü Şölə Novruzova və 1971-ci il təvəllüdlü həyat yoldaşı İltiqam Novruzov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

Mənbə

Exit mobile version