İstanbulda küçədə səki ilə hərəkət edən Azərbaycanəsilli şəxs faciəvi şəkildə həlak olub.
Məlumata görə, hadisə dünən səhər saatlarında qeydə alınıb.
Sözügedən şəxs səki ilə hərəkət edərkən özünü pis hiss edib və huşunu itirərək yolun hərəkət hissəsinə yıxılıb. Bu zaman o, yoldan keçən avtobusun altında qalaraq oradaca həlak olub.
Hadisənin görüntüləri yaxınlıqda yerləşən obyektin kamerasına əks olunub.
Həmin görüntüləri təqdim edirik: