Aprel 29, 2025
Mətbuat pr 32, Bakı
I rübdə fiziki və hüquqi şəxslər 300 mln. manata yaxın depozit gəliri əldə ediblər
Maliyyə

I rübdə fiziki və hüquqi şəxslər 300 mln. manata yaxın depozit gəliri əldə ediblər

2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda banklar cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 298.9 milyon manat faiz ödəyiblər. Azərbaycan Mərkəzi Bankına istinadən məlum olub ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 56.2% və ya 107.5 milyon manat artıb. 2024-cü ilin müvafiq dövründə banklar 191.4 milyon manat depozit faizi ödəmişdilər.

Qeyd edək ki, cari il aprel ayının 1-nə banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.1% artaraq 37 milyard 293.1 milyon manata bərabər olub.

Hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən 22 bank ümumilikdə 1 milyard 134.9 milyon manat faiz gəliri əldə ediblər.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video