IELTS imtahanına “immersion” metodu ilə hazırlaşın – Əminə Mikayılovanın tövsiyələri ilə

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read
İELTS imtahanına dair hər şey │ Əminə Mikayılova

İngilis dili öyrənmək istəyənlər və beynəlxalq təhsil hədəfi olanlar üçün effektiv üsullardan biri olan “immersion” (tam dilə qərq olma) metodu son illərdə daha da populyarlaşıb. Bu metodun əsas məqsədi dil öyrənən şəxsin ətraf mühitini, gündəlik həyatını və informasiya qəbulunu mümkün qədər ingiliscə ilə əvəz edərək dili ana dili səviyyəsində mənimsəməsini təmin etməkdir.

Bu mövzu ətrafında təcrübəli IELTS müəlliməsi Əminə Mikayılova ilə maraqlı və məlumatlandırıcı bir podkast yayımı baş tutdu.

Əminə Mikayılova qeyd edir ki, “immersion” metodu ilə hazırlıq sadəcə dərslik və test tapşırıqları ilə məhdudlaşmır. Tələbə ingilis dilində film izləyir, musiqi dinləyir, gündəlik düşüncələrini ingiliscə ifadə etməyə çalışır və hətta sosial şəbəkə istifadə dilini belə dəyişir. Bu yanaşma ilə şagirdlər dilə daha tez alışır və real istifadə bacarığını formalaşdırır.

Yayım boyunca IELTS imtahanı ilə bağlı ən çox qarşılaşılan miflər, çətinliklər və uğur strategiyaları da ətraflı şəkildə müzakirə edildi. Əminə xanımın fikrincə, IELTS imtahanı çoxları üçün qorxulu görünsə də, düzgün istiqamətləndirmə və davamlı məşq ilə bu imtahanın öhdəsindən gəlmək mümkündür.


🎧 Bu yayım podkast formatında təqdim olunub. Podcastın tam versiyasını dinləmək üçün ProtalksBC Spotify kanalına və ya @protalksbc sosial şəbəkə səhifələrinə daxil ola bilərsiniz.

Share This Article
Follow:
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version