İki gün ərzində vətəndaşların bank kartlarından 12 min manata yaxın pul oğurlanıb

1 Min Read

Vətəndaşların bank kartlarından oğurluq davam edir.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır:

“Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 24-də və 25-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 4500, 2576, 1413, 698, 606, 574, 240, 239, 202, 150, 122, 100, 95, 90, 66, 57 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”.

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version