İngiltərə Premyer Liqası: Çempion “Liverpul” uduzdu

1 Min Read

İngiltərə Premyer Liqasının 37-ci turu çərçivəsində “Brayton” – “Liverpul” qarşılaşması baş tutub.

“Amerikan Ekspress” stadionunda keçirilmiş oyun ev sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:2.

Birinci hissə qonaqların üstünlüyü ilə başa çatıb – 1:2. Harvi Elliott və Dominik Soboslainin qolları qarşılığında Yasin Ayari bir dəfə fərqlənib.

İkinci hissədə “Brayton” üstünlüyü ələ keçirərək, Kaoru Mitoma və Cek Hinşelvudun qolları ilə qələbə qazanıb.

Çempionluğunu təmin etmiş “Liverpul” 83 xalla birinci yerdə qərarlaşdığı halda, “Brayton” 58 xalla səkkizincidir.

Mənbə

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version