“ABŞ İrana qarşı sanksiyaları ləğv etməyə razılaşarsa, Tehran uranın zənginləşdirilməsi səviyyəsini məhdudlaşdırmağa və yüksək zənginləşdirilmiş uran ehtiyatlarından imtinaya hazır olacaq”.
Bu sözləri NBC-yə açıqlamasında İran İslam Respublikasının Ali Rəhbəri Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Əli Şamxani deyib.
O qeyd edib ki, Tehran beynəlxalq müşahidəçiləri öz nüvə obyektlərinə buraxmağa da hazır olacaq və uranın sırf mülki məqsədlər üçün zənginləşdirilməsinə razılıq verəcək.