İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 70-ə yüksəlib. Yerli KİV-in məlumatına görə, əyalət qubernatoru yanında fövqəladə hallar idarəsinin rəhbəri Mehrdad Həsənzadə, 138 nəfərin hələ də xəstəxanada olduğunu əlavə edib. 1072 yaralı tibbi yardım alaraq xəstəxanadan buraxılıb. Yanğınsöndürmə işləri tamamlanıb.
Partlayış 26 apreldə, limanın kimyəvi maddələr saxlanılan anbarında qeydə alınıb və bir neçə kilometr radiusda binaların pəncərələri qırılıb. İran hakimiyyəti hadisə ilə bağlı təhqiqat başlatmağı qərara alıb.
Mənbə