Rusiya, Hindistan və Pakistan arasında gərginliyin artması ilə bağlı hər iki tərəfi təmkinli olmağa və dialoqa çağırıb. Rusiya Xarici İşlər Nazirliyi, nazir müavini Andrey Rudenko-nun Pakistan və Hindistanın Moskvadakı səfirləri ilə görüşdüyünü bildirir.
Görüşdə, “Rusiya hər iki tərəfi təmkinli olmağa və fikir ayrılıqlarının sülh yolu ilə həllinə yönəlmiş konstruktiv dialoqa çağırıb”. Aprelin 22-də Kəşmirdə baş vermiş terror aktı nəticəsində Hindistanın Pahalqam şəhərində 26 nəfərin öldüyü qeyd olunur. Bu olaydan sonra iki ölkə arasında gərginliyin artması ilə yanaşı, hava məkanının bağlanması və vizaların ləğv edilməsi kimi tədbirlər həyata keçirilib.
Mənbə