İslamofobiya ilə bağlı filmlər hazırlanır

1 Min Read

İslamofobiya ilə bağlı filmlər hazırlanır.

Bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən tədbirlə bağlı mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bunların hər biri beynəlxalq təşkilatlara göndəriləcək:

“Eyni zamanda hər il kitablar çap olunur və bunlar məlumatlılığı artırmaq üçün aidiyyəti üzrə bir çox mərkəzlərə göndərilir”.

R.Həsənov həmçinin bildirib ki, islamofobiya ilə bağlı tədbirə gələcək iştirakçıların 60-70 faizi müsəlman ölkələrindən deyil:

“Konfransda yalnız İslam-müsəlman icması yox, həmçinin xristian, yəhudi və digər dinlərin daşıyıcıları da iştirak edəcəklər. Bu, dini yox, elmi bir konfransdır və məqsəd dinə yönələn təzyiqlərin aradan qaldırılmasıdır”.

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version