İsrailin Bakıdakı səfirliyində bayraq yarıya qədər endirildi

2 Min Read

İki yəhudi diplomatın ABŞ-də öldürülməsi ilə əlaqədar İsrailin Azərbaycandakı səfirliyində ölkənin bayrağı yarıya qədər endirilib.

Bu barədə İsrail səfirliyi məlumat yayıb.

Səfirliyin sosial şəbəkədəki paylaşımında xarici işlər naziri Gideon Saarın bu səhər Qüdsdə keçirilən mətbuat konfransındakı çıxışından sitat gətirilib.

“İsrail Dövlətinin iki gənc nümayəndəsi Yaron Lişinski və Sara Lin Milqrim bir neçə saat əvvəl Vaşinqtonda dəhşətli terror aktı nəticəsində öldürülüb. Onların ailələrinə və İsrailin Vaşinqtondakı səfirliyinin əməkdaşlarına başsağlığı verirəm”.

Həmçinin qeyd olunub ki, İsrail Dövlətinin diplomatik nümayəndəlikləri Yaron və Saraya hörmət və matəm əlaməti olaraq bayraqlarını yarıya qədər endiriblər.

“ABŞ-də öldürülən israilli diplomatlar – Yaron və Sara gələn həftə nişanlanmalı idilər”.

Məlumatda deyilir ki, bu barədə İsrailin Bakıdakı səfiri Corc Dik “X” sosial şəbəkəsindəki səhifəsində xəbər verib.

O, Azərbaycanı İsrail diplomatlarını və ölkədəki yəhudi icmasını dəstəklədiyi və qoruduğu üçün təşəkkür edib.

“Vaşinqtonun Kolumbiya dairəsində keçirilən tədbir zamanı İsrail səfirliyinin iki əməkdaşının güllələndiyi dəhşətli terror aktından sarsılmışıq. Həyatlarının ən gözəl çağında olan Yaron və Sara gələn həftə nişanlanmalı idilər. Bunun əvəzinə, biz qəlbimiz qırılmış halda onları dəfn etməyə hazırlaşırıq.

Bu, kədərli bir xatırlatmadır: İsrail haqqında aramsız yalanlar, xalqımızın şeytanlaşdırılması və hamımıza qarşı yönəlmiş nifrət ölümcül nəticələrə gətirib çıxarır.

Azərbaycan xalqına həmrəyliyinə, Azərbaycan hökumətinə isə bu gözəl ölkədə İsrail diplomatlarını və yəhudi icmasını qorumaq üçün göstərdiyi qətiyyətli öhdəliyə görə təşəkkür etmək istəyirəm”, – deyə Corc Dik yazıb.

Mənbə

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version