“247press”-in məlumatına görə, aprel ayının 25-i axşam saatlarında İstanbulun qərb hissəsində bir neçə yeraltı təkan baş verib. Məlumatda bildirilib ki, bu barədə Türkiyənin Təbii Fəlakətlərin Qarşısının Alınması İdarəsi (AFAD) açıqlama verib.
Təkanların episentri Mərmərə dənizində, Böyükçekməcə rayonu sahillərində yerləşir. Zəlzələnin maqnitudası 4,3 bal, ocağı isə 7 kilometr dərinlikdədir.
Mənbə
Leave feedback about this