Aprel 26, 2025
Mətbuat pr 32, Bakı
Digər

Kapital Bank-ın dəstəyi ilə keçirilən Beynəlxalq Autizm festivalı başa çatıb

“247press”in “APA”ya istinadən əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, Kapital Bank-ın dəstəyi ilə həyata keçirilən Beynəlxalq Autizm Konfransı başa çatıb. “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbir 3 gün davam edib.

Konfransda “İnklüziv siniflərdə autizmli şagirdlərə bacarıqların öyrədilməsi barədə tədqiqatlar”, “Təhlükəsizlik bacarıqlarının öyrədilməsinə həsr olunmuş 35 illik tədqiqatlardan öyrənilən dərslər”, “ASP müalicəsində tibbi müdaxilələr”, “Autizmli uşaqlarda yuxu problemləri: etiologiya və davranış perspektivləri” və digər mövzularda seminarlar keçirilib.

Tədbirdə müasir dövrün problemi olan autizmlə mübarizə yolları, bu istiqamətdə dövlət və özəl tərəfdaşlıq çərçivəsində atılmalı olan addımlar müzakirə edilib. Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Fərid Hidayətzadə çıxışında bildirib ki, bankın əsas fəaliyyət istiqaməti bankçılıq olsa da, cəmiyyətin inkişafında da rol oynamağa çalışırlar. “Korporativ Sosial Məsuliyyət layihələri bankımızın strategiyasının ən vacib istiqamətlərindən biridir. Autizm müasir dövrün reallıqlarından biridir və bu mövzuda hamımızın məlumatlı olması olduqca vacibdir. Elə buna görə də biz konfransın işini olduqca yüksək qiymətləndirir və bu gözəl missiyada sizinlə eyni yolda addımlayırıq” – deyə Fərid Hidayətzadə vurğulayıb.

O əlavə edib ki, “İnanıram ki, bu konfrans təkcə elmi müzakirələrlə deyil, həm də cəmiyyətin müxtəlif sahələrində real dəyişikliklərə yadda qalacaq. Müasir dövrün tələbi daha inkluziv cəmiyyətin formalaşmasıdır. Bu istiqamətdə atılan bütün addımlar alqışlanmalıdır”.

Kapital Bank, PAŞA Holding-ə daxil olan ölkənin birinci bankı olaraq, Azərbaycanda ən böyük filial şəbəkəsinə malikdir və 118 filialı, 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat üçün kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — kbl.az/prcrc.



Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video