APA-nın əldə etdiyi məlumata görə, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, Romada Prezident Vaanng Xaçaturyanla Ermənistana gözlənilən səfərini müzakirə edib. O, həmçinin Cənubi Qafqazdakı vəziyyət və Azərbaycan-Ermənistan münasibətlərinə də toxunub.
Kallas, “Mən Aİ-nin əlaqələrin dərinləşdirilməsinə güclü sadiqliyini bir daha təsdiqlədim və Cənubi Qafqazdakı vəziyyət, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və regionda sülhün əldə olunması istiqamətində səylər barədə fikir mübadiləsi apardım,” – deyə bildirib.
Mənbə