Lavrov: Rusiya Cənubi Qafqazdakı proseslərdə “3+3” formatında iştirakını davam etdirəcək

1 Min Read

Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan arasında ikitərəfli danışıqlar zamanı Cənubi Qafqazdakı vəziyyət müzakirə edilib.

Bunu Lavrov Moskvada türkiyəli həmkarı ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi Türkiyə ilə böyük və müsbət əməkdaşlıq təcrübəsinə malikdir.

“Cənubi Qafqazda “3+3″ formatında əməkdaşlıq təcrübəmiz var. Bu format artıq öz səmərəliliyini sübut edib”, – Lavrov bildirib.

O qeyd edib ki, Rusiya bu formatda əməkdaşlığı davam etdirəcək.

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version