Leysan, dolu, sulu qar…

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

Mayın 7-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən məlumatda deyilir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin mayın 6-dan 7-nə keçən gecə bəzi yerlərdə az çiskinli yağıntının olacağı, gündüz isə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağıntının intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gündüzdən əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş