Luçesku Ukraynaya görə Rusiyaya “yox” dedi

1 Min Read

Rusiyanın “Zenit” komandasının keçmiş baş məşqçisi Mirça Luçesku Sankt-Peterburq təmsilçisinin 100 illik yubiliyendə iştirak üçün aldığı dəvəti rədd edib.

“Mən belə bir işə qarışmaq istəmirəm. Onlara sülh olanda gələcəyimi dedim. Sülh olmasa, gəlməyəcyəm” , – deyə 79 yaşlı rumın mütəxəssis bildirib.

M.Luçesku Ukraynaya hörmət səbəbindən də bu qərarı aldığını vurğulayıb: “Başa düşdüm ki, bu, böyük əks-səda doğuracaq”.

Xatırladaq ki, M.Luçesku 2004-2016-cı illərdə “Şaxtyor Donetsk”, 2016-2017-ci illərdə “Zenit”, 2020-2023-cü illərdə isə “Dinamo Kiyev”də baş məşqçi olub.

“Zenit” 100 illik yubiliyeni mayın 25-də qeyd edəcək.

Mənbə

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version