Luka Modriç “Real Madrid”dən ayrılır

1 Min Read

Luka Modriç mövsümün sonunda “Real Madrid”i tərk edəcəyini açıqlayıb.

39 yaşlı yarımmüdafiəçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

“Əziz “Real Madrid” azarkeşləri, vaxt çatıb. O andır ki, bunu heç vaxt istəməmişəm, amma bu futboldur. Həyatda başlanğıc olduğu kimi, son da var. Şənbə günü “Santyaqo Bernabeu”da son oyunumu keçirəcəyəm”, – deyə Modriç paylaşımında yazıb.

Qeyd edək ki, 2012-ci ildən Madrid klubunda çıxış edən Luka Modriç 4 dəfə İspaniya çempionu, 6 dəfə isə Çempionlar Liqası qalibi olub. Xorvatiyalı futbolçu ümumilikdə komandada 27 titul qazanıb. O, 2018-ci ildə “Qızıl top” mükafatına layiq görülüb.

“Real Madrid”in yarımmüdafiəçisi Luka Modriç cari mövsümün sonunda klubdan ayrılacaq.

Daha əvvəl komandanın yeni baş məşqçisi olacaq Xabi Alonso xorvatiyalı futbolçunu gələcək mövsümün planlarına daxil etsə də, klub rəhbərliyi onunla yolları ayırmaq qərarına gəlib.

Uzun illər Madrid komandasında çıxış edən Modriç mövsümün sonunda başa çatacaq müqaviləsinin müddətini uzatmaq istəsə də, klub bu məsələ ilə bağlı danışıqlar aparmağı planlaşdırmır.

Qeyd edək ki, Modriç 2012-ci ildən “Real Madrid”in şərəfini qoruyur və bu müddət ərzində 590 oyun keçirib.

Mənbə

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version