Almaniya II Bundesliqasında XXXIV turun oyunları keçirilib.
Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” də növbəti matçına çıxıb.
Komanda “Ayntraxt Braunşvayq”la qarşılaşıb.
Mahir görüşə start heyətdə başlayıb. O, 10, 20 və 45-ci dəqiqələrdə fərqlənərək komandasının heyətində het-trik etməyi bacarıb.
Qeyd edək ki, oyun “Nürnberq”in 4:1 hesablı qələbəsi ilə başa çatıb.