Bu gün Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.
Məlumata görə, ilk oyunlar çərçivəsində iki görüş baş tutub.
“Tottenhem” “Bodo Qlimt”i sınağa çəkib. Londonlular rəqibini 3:1 hesabı ilə məğlub etməyi bacarıb.
“Atletik” isə öz meydanında “Mançester Yunayted”lə bacarmayıb. Ev sahibləri rəqibinə 3 cavabsız qolla uduzub – 0:3.
Qeyd edək ki, komandalar arasında cavab matçları mayın 8-də keçiriləcək.