Marko Rubio Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

1 Min Read

ABŞ Dövlət katibi Marko Rubio Amerika xalqı adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

Bu barədə Dövlət Departamenti açıqlama yayıb. Rubio bildirib ki, ABŞ Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir.

“Birləşmiş Ştatlar Cənubi Qafqazın çiçəklənməsi üçün son dərəcə vacib olan regionda sülh və sabitliyin təşviqi səylərini dəstəkləməkdə davam edir. Biz bu il Azərbaycan və Ermənistanın sülh müqaviləsinin mətni üzrə əldə etdiyi razılaşmanı qeyd edirik. Biz, həmçinin Azərbaycanın enerji təchizatçısı və nəqliyyat qovşağı kimi artan əhəmiyyətini tanıyırıq”, – deyə Rubio əlavə edib.

Onun sözlərinə görə, son 33 il ərzində qurulmuş ABŞ – Azərbaycan tərəfdaşlığı təhlükəsizlik, enerji və iqtisadi sahədə ümumi maraqları inkişaf etdirməyə davam edir: “Biz əməkdaşlığımızı dərinləşdirməyə, Azərbaycan və bütün region üçün dinc, firavan gələcəyi təmin etmək üçün birgə işləməyi səbirsizliklə gözləyirik”.

Mənbə

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version