May 2, 2025
Mətbuat pr 32, Bakı
Mask Trampın Nazirlər Kabineti ilə işləməyin şərəf olduğunu deyib
Amerika

Mask Trampın Nazirlər Kabineti ilə işləməyin şərəf olduğunu deyib

İlon Mask Hökumətin Effektivliyi Departamentinin (DOGE) 160 milyard dollar məbləğində qənaət etdiyini bildirib.

Məlumata görə, Mask bu haqda bu gün Ağ Evdə keçirilən iclasda danışıb.

Trampın Nazirlər Kabineti ilə işləməyin şərəf olduğunu qeyd edən Mask bir növ hökumətdəki postu ilə vidalaşaraq gələcəkdə həftədə yalnız bir və ya iki gün Hökumət Effektivliyi Departamentinə gəlməyi planlaşdırdığını bildirib.

Öz növbəsində Maska təşəkkür edən Tramp isə onun həqiqətən çox böyük kömək olduğunu deyərək onu istədiyi qədər hökumətdə qalmağa dəvət edib.

Qeyd edək ki, Mask keçən payızda DOGE-un federal büdcədən azı 2 trilyon dollar ixtisar edəcəyini söyləmişdi, lakin o sonradan bu hədəfi yerinə yetirə bilməyəcəyini etiraf etmişdi.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video