Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Daşkəsən rayonunun Bayan kəndində itkin düşən 1952-ci il təvəllüdlü Kamil Mahmud oğlu Abdullayevin yeri müəyyən olunub.
Məlumata görə, o sağ tapılıb. Onun Göygöl rayonu ərazisində tapıldığı bildirilir.
Qeyd edək ki, K.Abdullayev 44 günlük Vətən müharibəsində şəhid olan Şəhriyar Abdullayevin atasıdır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Daşkəsən rayonunun Bayan kəndində bir nəfərin meşəlik ərazidə itkin düşməsi barədə ilkin məlumat daxil olub.
Məlumatda deyilir ki, nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Hazırda vətəndaş – 1952-ci il təvəllüdlü Kamil Mahmud oğlu Abdullayevin itkin düşdüyü ehtimal olunan istiqamətlər üzrə mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
Daşkəsən rayonunda 73 yaşlı kişi itkin düşüb.
Məlumatda qeyd olunur ki, Kəlbəcər rayonundan olan məcburi köçkün, 1952-ci il təvəllüdlü Kamil Mahmud oğlu Abdullayev bitki yığmaq üçün Daşkəsənin Bayan kəndi yaxınlığındakı meşəyə gedib.
Saat 17 radələrində qızı ilə əlaqə saxlayan K.Abdullayev meşədə olduğunu bildirib. Daha sonra ondan xəbər almaq mümkün olmayıb.
Qeyd edək ki, K.Abdullayev 44 günlük Vətən müharibəsində şəhid olan Şəhriyar Abdullayevin atasıdır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib ki, hazırda Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları şəxsin yerinin müəyyən olunması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilir. Axtarışların nəticəsi barədə əlavə məlumat veriləcək.
Aqil Vəlili