Milli Depozit Mərkəzi (MDM) yeni bank modulu tətbiq etməyi və hesablaşma agenti kimi fəaliyyət göstərməyi planlaşdırır. MDM-in Strategiya şöbəsinin rəhbəri Əli Əliyev bu barədə “Depozitarın ekosistemdə rolu” tədbirində məlumat verib. O, “2024-2026-cı illər üzrə İnkişaf Strategiyası” çərçivəsində iki hədəfin – konsultasiya və elektron səsvermə xidmətlərinin ötən il icra edildiyini qeyd edib. Gələcək planlar arasında yeni bank modulunun tətbiqi və MDM-in hesablaşma agenti funksiyasını yerinə yetirməsi yer alır. Bu modulda maliyyə xidmətləri də əks olunacaq.
Mənbə

Maliyyə
Leave feedback about this