
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.
Toplantı Sahibə Qafarovanın sədrliyi ilə keçirilir.
İclasın gündəliyinə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatı və “İstilik təchizatı haqqında” yeni qanun layihəsinin birinci oxunuşda müzakirəsi də daxil olmaqla ümumilikdə 12 məsələ daxil edilib.