“Pakistan Hindistanın haqqı çatdığı çaylardan su almayacaq”.
Bunu Hindistanın Baş naziri Narendra Modi deyib.
Onun sözlərinə görə, ölkəsi Pakistana qarşı yönəlmiş tədbirləri davam etdirir.
Xüsusilə, çay sularının bölüşdürülməsi haqqında müqavilənin dayandırılması barədə qərar qüvvədə saxlanılır.
Həmin müqavilə sayəsində Pakistan fermerləri Hindistanın üç çayından su alırdı.