247Press – Azərbaycan Xəbər Portalı Blog Sosial Mülki şəxslərə aid qalıqlar üzərində ağır işgəncə izləri aşkar edilib
Sosial

Mülki şəxslərə aid qalıqlar üzərində ağır işgəncə izləri aşkar edilib

Mülki şəxslərə aid qalıqlar üzərində ağır işgəncə izləri aşkar edilib

“Ermənilərin törətdiyi daha bir cinayət faktının aşkar edildiyi yerdəyik”.

Məlumatda deyilir ki, bunu Qarabağ müharibəsi iştirakçısı, jurnalist Rey Kərimoğlu Xocalıda jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu hallar birmənalı şəkildə müharibə cinayətidir:

“Bu həm də insanlığa sığmayan haldır. Çox təəssüflə qeyd edirəm ki, burada ilkin olaraq ən azı yeddi nəfərə aid insan qalıqları aşkar edilib. Həmin insan qalıqları qeyri-ənənəvi şəkildə dəfn ediblər. Mülki şəxslərə aid olan qalıqlar üzərində ağır işgəncə izləri də aşkar edilib”.

O, beynəlxalq təşkilatlara səslənərək ikili siyasətə son qoymağa çağırıb: “Bu vandallığı törədənlər ədalət məhkəməsinə çıxarılıb layiq olduqları cəzanı almalıdır”.

Mənbə

Exit mobile version