“13 yaşımda Ağdamdan çıxmışdım, indi isə 5 uşaqla geri qayıdıram”.
Bu sözləri Böyük qayıdış çərçivəsində doğma torpaqlarına geri qayıdan Ağdam rayonunun Sarıcalı kənd sakini Qadir Əliyev bildirib.
“32 il sonra doğma el-obama qayıdıram. Sevincimin həddi-hüdudu yoxdur”, – deyə o vurğulayıb.
Digər Sarıcalı kənd sakini Elnur Əliyev də doğma torpaqlara böyük sevinc hissi ilə döndüyünü qeyd edib:
“Qəm-kədərlə çıxmışdıq, sevinclə qayıdırıq. Artıq həyatımıza doğma kəndimizdə davam edəcəyik. Allah şəhidlərimizə rəhmət eləsin”, – deyə o bildirib.
Mənbə