247Press – Azərbaycan Xəbər Portalı Blog Digər ölkələr Hindistanda hoteldə yanğın olub, 14 nəfər ölüb
Digər ölkələr

Hindistanda hoteldə yanğın olub, 14 nəfər ölüb

Hindistanda hoteldə yanğın olub, 14 nəfər ölüb

Hindistanın Qərbi Benqal ştatının Kəlküttə şəhərində baş vermiş yanğın nəticəsində 14 nəfər həyatını itirib, 13 nəfər isə yaralanıb. Yanğın aprelin 29-da axşam saatlarında başlayıb. Ölənlər arasında xilas olmaq məqsədilə yuxarı mərtəbələrdən atılanlar da var. Yanğınsöndürənlər bir neçə nəfəri, o cümlədən terrasa sığınanları xilas edə bilib. “Olay yerində 14 meyit aşkarlanıb, axtarış işləri davam edir.” İlkin ehtimala görə, yanğın mətbəxdəki qaz sızmasından yaranıb.

Mənbə

Exit mobile version