247Press – Azərbaycan Xəbər Portalı Blog Digər ölkələr Trampın üç aylıq hakimiyyəti dövründə 121 min dövlət işçisi ixtisara düşüb
Digər ölkələr

Trampın üç aylıq hakimiyyəti dövründə 121 min dövlət işçisi ixtisara düşüb

Trampın üç aylıq hakimiyyəti dövründə 121 min dövlət işçisi ixtisara düşüb

Amerika lideri Donald Trampın hakimiyyətinin yanvarında başlamasından bəri ABŞ-da 121 min federal hökumət işçisi ixtisar edilib. “CNN”in məlumatına görə, kütləvi ixtisarlar 30-a yaxın departamentə təsir edib, bunlardan ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ən çox zərər çəkən olub və fəaliyyəti dayandırılıb. Təhsil idarəsi işçilərinin 51%-ni ixtisar edib, 7 regional şöbə bağlanıb. Səhiyyə və İnsan Xidmətləri Departamentinin Milli Sağlamlıq İnstitutu da əhəmiyyətli sayda işçi itirib. Ekspertlər bu ixtisarların amerikalılar tərəfindən hiss olunduğunu, hökumətin isə təhsil, səhiyyə və ictimai təhlükəsizlikdə vətəndaşların maraqlarını təmin etmək qabiliyyətinin sual altına alındığını bildirir.

Mənbə

Exit mobile version