Hindistan, 22 aprel tarixində Pahalqamda baş vermiş terror aktından sonra gərginləşən münasibətlər kontekstində, Pakistan ərazisinə zərbə endirmək niyyətindədir. Pakistanın İnformasiya Nazirliyi, Attaulla Tarar, “Hindistan Pahalqam hadisəsindən yalan bəhanə kimi istifadə edərək növbəti 24-36 saat ərzində hərbi zərbə endirmək niyyətindədir. Hər hansı təcavüz aktı qətiyyətli cavabla qarşılaşacaq” deyib. O, eyni zamanda Nyu-Dehlinin “region üçün hər hansı mümkün nəticələrə görə məsuliyyət daşıyacağını” vurğulayıb.
Mənbə
Pakistanlı nazir: Hindistan növbəti 24-36 saatda zərbə endirmək niyyətindədir
