ABŞ, Şimali Koreya hərbçilərinin Ukrayna münaqişəsində iştirak etməsindən narahatdır. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Brüs brifinqdə bildirib ki, “şimali koreyalı hərbçilərin döyüş əməliyyatlarında iştirakı böhranın sülh yolu ilə həllinə kömək etmir”. O, əlavə edib ki, “Şimali Koreya da daxil olmaqla üçüncü ölkələr Rusiya və Ukrayna arasında münaqişənin davam etməsinə kömək edir”.
Brüs, “Şimali Koreya hərbçilərinin Rusiya ərazisinə göndərilməsi, eləcə də Rusiyanın cavab tədbiri olaraq Şimali Koreyaya göstərdiyi hər hansı dəstək dayandırılmalıdır” dedi.
Mənbə