Aprel 26, 2025
Mətbuat pr 32, Bakı
Müharibə Siyasət

Narışkin Bakıda Suriya kəşfiyyatının nümayəndələri ilə görüşüb

“247press”də yayımlanan məlumata görə, Rusiya və Suriya kəşfiyyat xidmətlərinin nümayəndələri ötən həftə Azərbaycanda görüş keçiriblər. Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin məlumat verib. Danışıqlar Azərbaycanın paytaxtı Bakıda Əfqanıstanla bağlı konfrans çərçivəsində olub.

Narışkinin sözlərinə görə, “Keçən həftə Bakıda Əfqanıstanla bağlı konfrans keçirilib, orada Yaxın Şərq və Böyük Avrasiya ölkələrinin liderləri və yüksək səviyyəli nümayəndələri iştirak ediblər. Onların arasında Suriya xüsusi xidmət orqanlarının rəhbərlərindən biri də var idi. Çox konstruktiv və mehriban görüşümüz oldu.”

Qeyd edək ki, Rusiya kəşfiyyatının rəhbəri aprelin 17-18-də “Əfqanıstan: Regional Əlaqələr, Təhlükəsizlik və İnkişaf” adlı beynəlxalq forumda iştirak etmək üçün Azərbaycanda səfərdə olub.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video