Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində bir restoranda yanğın olduğu barədə “112” qaynar telefon xəttinə ilkin məlumat daxil olub. Bu məlumatla əlaqədar olaraq, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırılaraq hadisə yerinə yönləndirilib. Hazırda yanğınsöndürmə işləri aparılır. Əlavə məlumat təqdim ediləcək.
Mənbə

Sosial
Leave feedback about this